Satılır 5 otaqlı həyət evi/bağ evi 172 m², Şüvəlan q.
Şüvəlan qəsəbəsində, sakit bir yerdə, 10 sot torpaq sahəsində iki ev yerləşir. Ərazi çox yaşıldır və çoxlu meyvə ağacları əkilib, belə ki, badam, albalı, gilas, alma, ərik – təxminən 60 ağac var. Torpaq Lənkərandan gətirilib.
Bir ev 172 kv/m-dir, 5 otaqdan ibarətdir: 1 salon və 4 yataq otağı, 3 vanna otağı. Ana yataq otağı öz vanna otağı ilə birlikdədir. İkinci ev isə iş otağı, film izləmək və ya kompüter oyunları oynamaq üçün proyektorlu otaqdan ibarətdir. Həmçinin evdə vanna otağı mövcuddur. Hər iki evdə kombi qazanı var. Ərazidə 9*4 ölçüdə hovuz var. Üç ildir ki, dövlət suyu istifadə olunur, həmçinin quyu da mövcuddur. Bağ evi mebellə, bağçılıq avadanlıqları, aerator, qazonbiçən, BBQ və bir çox başqa şeylərlə birlikdə satılır.
Dənizə maşınla 5 dəqiqə və ya piyada 15 dəqiqəlik məsafədədir.





























































































































