Satılır 5 otaqlı köhnə tikili 155 m², Nizami m.
5 otaqlı “Stalinka” layihəli geniş və komfortlu mənzil satılır. Mənzil Dövlət Statistika İdarəsinin yaxınlığında (Belarusski mağazası, Əfsanə kafesi, 21-ci əsr orta məktəbinin həyəti) yerləşir.
Yüksək keyfiyyətli materiallarla təmir olunub, tam rahat yaşayış üçün bütün şərait mövcuddur. Mənzil 3 və 2 otaqlı iki mənzilin birləşdirilməsi nəticəsində formalaşıb, əlavə olaraq 2 iri balkon artırılıb.
Ümumi məlumat:
Layihə: “Stalinka”
Otaq sayı: 5
Mərtəbə: 2/5
Sahə: 156 kv.m (artırmalarla)
Kommunikasiyalar: işıq, su, qaz daimidir
İstilik sistemi: kombi
Sənəd: 2 ədəd çıxarış (3 və 2 otaqlı mənzillər üzrə)
Əlavə üstünlüklər:
2 ayrı sanitar qovşağı
Təxminən 40 kv.m geniş qonaq otağı
İstəyə uyğun əlavə ödənişlə ev əşyaları saxlanıla bilər
Elan mənzil sahibi tərəfindən yerləşdirilib. Ətraflı məlumat üçün əlaqə saxlayın. Vasitəçilər ilə əməkdaşlıq olunmur.


















































































































