Satılır 5 otaqlı həyət evi/bağ evi 120 m², Masazır q.
Satılır: 2 mərtəbəli fərdi yaşayış evi
Ev 2.5 sot torpaq sahəsində yerləşir. 2 mərtəbəlidir və tam təmirlidir. Mərtəbələr arası monolit betondur.
1-ci mərtəbə: geniş zal, mətbəx, sanuzel və dəhliz.
2-ci mərtəbə: 3 yataq otağı, dəhliz və təmirsiz sanuzel.
Mərtəbələr arası taxta pilləkən quraşdırılmışdır. Pilləkən altında kombi və paltaryuyan üçün ayrıca yer ayrılmışdır.
Evdə 2 ədəd kondisioner (AUX – 12000 və 18000 BTU) mövcuddur.
Ev əşyaları ilə birlikdə satılır.
Çıxarış (kupça) var.
Sənəddə evin sahəsi 102 kv.m göstərilmişdir (daxili ölçü ilə). Faktiki olaraq tikilinin ölçüsü 8.5x9 m-dir və ümumi istifadə sahəsi daha genişdir.
Həyətdə əlavə olaraq 3.5 sot ayrıca çıxarışı olan torpaq sahəsi mövcuddur (yalnız evlə birlikdə satılır, ayrıca satılmır – 1 sot 15.000 AZN).
Həyətdə meyvə ağacları var və qaraj tipli avtomobil saxlamaq üçün yer mövcuddur.
İşıq, su və qaz daimidir.
Ev 2014-cü ildə şəxsi istifadə üçün tikilmişdir.
Satış səbəbi iş yeri ilə əlaqədardır.
























































































































