Satılır 6 otaqlı həyət evi/bağ evi 286 m², Buzovna q.
Diqqət Diqqət Diqqət!!!
Xahiş edirəm sona qədər oxuyub sonra əlaqə saxlayın.
Təcili Satılır (dəyərindən aşağı) amma bu o demək deyil ki, havayı verməliyəm.
Vişnovkada, Buzovna–Maştağa yolunda, Albalılıq (Vişnovka) adlanan Prestijli ərazidə yerləşir. (Albalı Marketə çatmamış Topqapı Restoranı ilə üzbəüz məhəllə) Ərazi sakitdir, yol və giriş-çıxış rahatdır.
Həyətdə hovuz üçün yer ayrılıb, amma tikilməyib. Hazırda həmin hissədə qazon var. Həyətdə həm meyvə, həm də dekorativ ağaclar mövcuddur.
Ev 2 mərtəbəlidir və hər mərtəbənin girişi ayrıdır.
Planlaşdırma
1-ci mərtəbə:
Qaraj
Sanuzel
2 otaq ( Fitness zal və Parnoy üçün nəzərdə tutulub)
Mətbəx
(1-ci mərtəbədən istifadə olunmadığı üçün təmiri orta vəziyyətdədir)
2-ci mərtəbə:
Hall
Qonaq otağı
Yataq otağı
Uşaq otağı
Mətbəx
Sanuzel
Qonaq otağında kamin var (qaz və odunla işləyir). Hal-hazırda yaşayış əsasən 2-ci mərtəbədədir.
Evdə olan əşyaların 80%-i qalır. Təxmini dəyəri 45.000 – 50.000 AZN.
İnvestisiya üçün də uyğundur
Əlavə olaraq 70.000 – 80.000 AZN xərcləyib evi tam ideal vəziyyətə gətirmək olar. Bu halda ərazini nəzərə alsaq, evin dəyəri 450.000 – 500.000 AZN aralığına yüksələ bilər.
Bu qiymətə bu ərazidə nadir təklifdir. Bazarı analiz etsəz evin dəyərinin həqiqətən aşağı olduğunu görəcəksiz ( ərazi + 80% təmir + 80% əşya). Üstəlik əmlak sahibi özüm olduğum üçün real alıcı ilə razılaşma olacaq










































































































