Satılır 2 otaqlı yeni tikili 67 m², Dərnəgül m.
West Town yaşayış kompleksində kupçalı, ipotekaya yararlı mənzil
Kupçalı, tam təmirli və yüksək keyfiyyətlə hazırlanmış mənzil satışa təqdim olunur. Mənzildə təmirdən sonra yaşayış olmayıb, bütün işlər zövqlə və keyfiyyətli materiallarla görülüb.
Mənzil müasir dizayna uyğun şəkildə təmir olunub, mətbəx mebeli və qarderob artıq yığılıb, isti pol sistemi quraşdırılıb. İşıqlı otaqlar, funksional planlama və rahat yaşayış üçün bütün şərait mövcuddur. Təmir zamanı xırda detallara qədər diqqət yetirilib, əlavə xərc çəkmədən dərhal köçüb yaşamaq mümkündür.
Əmlak West Town yaşayış kompleksində, 7-ci binada yerləşir. Kompleks çox əlverişli ərazidədir – Dərnəgül yolu üzərində, Şır-şır restoranını keçdikdən dərhal sonra sağ tərəfdə yerləşir. Dərnəgül metrosuna yaxın məsafədədir. Binanın qarşısında Landau School yerləşir, həyətində isə Bazarstore fəaliyyət göstərir. Ərazi həm yaşayış, həm də investisiya üçün ideal seçimdir.
Mənzil həm nağd, həm də ipoteka ilə əldə etmək üçün uyğundur. Sənədlər tam qaydasındadır.
Ofis haqqı: 1% (alıcı tərəfindən)
Qeyd: Zəngə cavab verilməzsə, zəhmət olmasa WhatsApp vasitəsilə əlaqə saxlayın.










































































































































